Elan 4792
Tarix 2025-05-12 16:31:48
Kateqoriya Köhnə Tikili
Şəhər Bakı , Suraxanı , Qaraçuxur
Sahə (m²) 110 m²
Otaq Sayı 4

Mənzil birbaşa sahibindən satılır, MAKLERLƏRDƏN (VASİTƏÇİLƏRDƏN) NARAHAT ETMƏMƏLƏRİNİ XAHİŞ EDİRƏM. İPOTEKAYA YARARLIDIR.
Mənzil 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 110 kv.m-dir. Proyekt təmiz Leninqrad layihəsidir – otaqlar geniş, işıqlı və rahatdır. Mənzil yüksək keyfiyyətli materiallarla təmir edilib və az yaşayış olub – demək olar ki, yenidir. Təmir zamanı hər detalda keyfiyyət əsas götürülüb, əlavə xərc tələb olunmur. Yeni çəkilən şəkillərdi.
Mənzildə mərkəzi istilik sistemi fasiləsiz işləyir, otaqlara bərabər paylanır. Hər otaqda radiator mövcuddur və istəkdən asılı olaraq əlavə kombi sistemi də quraşdırıla bilər(MİS yaxın olduğu üçün kombi quraşdırmamışam). Qaz, su və işıq daimidir – heç bir kəsinti problemi yoxdur. Lift fasiləsiz və etibarlı şəkildə fəaliyyət göstərir. Binada domofon sistemi quraşdırılıb, təhlükəsizlik və rahatlıq təmin olunub.
Mənzilin hər iki tərəfində balkon var: bir tərəfdə tam açıq balkon, digər tərəfdə isə bağlı balkon olaraq istifadə edilir.
Əlavə olaraqda həyətdə və blok daxilində 24/7 müşahidə kameraları mövcuddur – təhlükəsizlik tam şəkildə təmin olunub. Geniş və rahat parkovka sahəsi var. Mənzil binanın qarşısında yerləşən avtobus dayanacağından asanlıqla əlçatandır. Ətrafda məktəblər, bağçalar, marketlər və s. mövcuddur. Yerləşdiyi ərazini tanıyanlar bilir ki, bura sakit, əlverişli və təhlükəsiz bir məkandır. Qonşuluq da sakit və ailəvidir.
Mənzilə axşam 6-dan sonra, həftə sonları isə gün ərzində baxmaq olar. Dəyərini bilən real alıcı ilə razılaşma mümkündür.

yeni tikili binalar yeni tikili xirdalan yeni tikili kiraye evler 3 otaqli menziller 2 otaqli menziller yeni tikili sumqayit 4 otaqli evler yeni tikili ehmedli yeni tikili yasamal yeni emlak sumqayit yeni emlak baki ev elanlari sayti ev elanlari 2025 ev elanlari xirdalan ev elanlari sumqayit ev elanlari baki ev satisi elanlari ev satisi baki kiraye ev elanlari 28 may kiraye ev elanlari 2025




Left Ad
Right Ad

© 2025 Alstore MMC. Developer by Backend.az