Salam. Ev fatmayı kəndinin tam mərkəzində, məktəbə 100 metr, tam asfaltlanmış əsas yoldan 20 metr məsafədə yerləşir. evin ətrafında 2 mağaza yerləşir. Ev 4 sotun daxilində, 2 mərtəbəli, 1-ci mərtəbədə 2 otaq + mətbəx + hamamı olan ev və qaracda tikilmiş sex var. Qarac evin altında yerləşir və əlavə olaraq bayıra çıxışı mövcuddur yəni istəsəniz əvvəlki vəziyyətinə qaytarıb qarac kimi istifadə edə bilərsiniz. 2ci mərtəbədə 3 böyük otaq + mətbəx + hamam və tualeti olan ev və uzunluğu12 metr, eni 3 metrlik açıq balkon mövcuddur. Evin isidilməsi kombi sistemidir hər iki mərtəbədə mövcuddur, 1-ci mərtəbədə qaracın yerində tikilmiş obyektdə də isidilmə sistemi var. Kondisioner 2-ci və 1-ci mərtəbədə mövcuddur. 1-ci və 2-ci mərtəbələrin arası monolit betonla tikilib. Mərkəzi kanalizasiya xətti, su xətti, işıq xətti, qaz xətti, telefon xətti, internet xətti (fiber obtik). Evin qiyməti başlanğıc 87,000 AZN-dir. evin bəzi yerlərində daha çox 1-ci mərtəbədə yaşayış olmadığı üçün təmirə ehtiyyac var, real alıcıya evin faktiki halına uyğun olaraq endirim olunacaq.